Bakıda sevgililər intihar etdi: Qızın meyiti tapıldı

Fevralın 25-də gecə saatlarında Dənizkənarı Bulvarda biri kişi, digəri qadın olmaqla, iki nəfərin intihar etməsi barədə xəbər verilmişdi.

Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özlərini dənizə atıblar.

25 yaşlı B.Məmmədov xilas edilərək, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Lakin N.Rzazadənin meyitini aşkar etmək mümkün olmamışdı.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının səyi nəticəsində Nəzakət Rzazadənin meyiti tapılıb. Əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri və polis əməkdaşları da cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Share: