Çində koronavirus qurbanlarının sayı 3,3 min nəfərə çatır

Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 7, xəstəliyə yoluxanların sayı isə daha 78 nəfər artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 456 nəfər sağalıb.

Məlumata görə, ölkədə xəstəliyin yayılması anından COID-19-a yoluxanların sayı 81 min nəfəri ötüb, onlardan 73 mindən çoxu sağalıb, 3 277 nəfər ölüb.

Bazar ertəsi dövlət komitəsi 39 yeni yoluxma hadisəsi haqqında bildirib.

Koronavirus Mərkəzi Çində 2019-cu ilin sonunda qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 332 930 nəfərə çatıb.

Share: