Türkiyədən koronavirusla bağlı ölənlərin sayı artır

Türkiyədə koronavirusdan ölənlərin sayı daha 7 nəfər artaraq 37-ə çatıb.

Müstəqil.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

Virusa yoluxanların sayı isə 1529 olub. Nazirin sözlərinə görə, son 24 saat ərzində 3672 nəfər test edilib. Onlardan 293-də koronavirus aşkarlanıb.

Share: