Səhiyyə nazirinin müavini: “Xəstəliyi təyin edəcək lazımlı sayda test dəstləri var”

“Qoruyucu maskalardan düzgün istifadə edilməlidir. Ancaq bizdə küçədə tək gəzən şəxs də maska taxır. Halbuki buna ehtiyac yoxdur.

Publika.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, maskalardan kütləvi yerlərdə olarkən istifadə edilsə məqsədə uyğun olar: “Maskalar da aptek şəbəkələri tərəfindən ölkəyə gətirilir. Maskaların satışı da mütəmadi şəkildə davam etdirilir”.

O qeyd edib ki, bu gün ölkədə kifayət qədər test dəstləri var: “Azərbaycana testlər ilk olaraq Türkiyədən gətirilmişdi. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı gətirildi. Hazırda ölkədə xəstəliyi təyin edəcək lazımlı sayda test dəstləri var”.

79 baxılıb
mersin escort