Dənizçilərin Hüquqlarının Müdafiəsi İctima Birliyinin Dünya sularında üzən dənizçilərə müraciəti

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctima Birliyi (DHM İB) Palmali Şirkətlər qrupunun rəhbəri, dünyada iri beş gəmiçilik şirkətlərindən birinin sahibi, Azərbaycanlı iş adamı Mübariz Mənsimovun qardaş Türkiyədə həbs olunaraq gözaltına alınmasına görə Türkiyə və Azərbacan dənizçilərinə müraciət edir:

Əziz həmkarlar!

Bəşəriyyət üçün bu ağır günlərdə, insanların əl-ələ, çiyin-çiyinə verib dünyanı çuğlayan acı olaylardan xilas yolu axtardığı bir vaxtda Türkiyədən aldığımız bir xəbər DHM İB olaraq bizi Sizə müraciət etməyə məcbur etdi: Bütün dünyada tanınmış iş adamı olan, böyük bir gəmiçilik şirkətinin sahibi, yüzlərlə dənizçini işlə təmin edən, həmvətənlimiz Mübariz Qurban oğlu Mənsimovun İstanbulda həbsə alınması çoxları kimi bizdə də acı təəssüf hissi doğurdu. DHM İB bildirir ki, Mübariz bəy Mənsimov bütün türk dünyasının zənginlərindən biridir və o, hər zaman TÜRK adına sədaqəti ilə tanınıb, seçilib və sevilib. O, bütün əməli fəaliyyəti ilə TÜRK xalqına canla-başla xidmət edib və bundan belə də o yolu davam etdirəcəyi heç kəsdə şübhə doğurmur.
Dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olan “Palmali” Şirkətlər Qrupunun sahibi kimi Mübariz bəy həmişə haqqın, ədalətin yanında olması ilə çoxlarına nümunə olub. O, ölkəmizdən kənarda fəaliyyət göstərsə də bir azərbaycanlı iş adamı kimi messenatlıq, səxavət, Vətən təəssübkeşliyi kimi ən ali hissləri özündə cəmləşdirən xeyirxah bir insandır.
Biz dənizçilər Mübariz Mənsimovun Vətən təəssübkeşliyini yüksək qiymətləndirmiş, onunla qürur duymuşuq. O, Azərbaycanımızın təbliği və haqq yolunda beynəlxalq arenada verdiy mücadilədə ölkə başçımızın yürütdüyü siyasətə həmişə dəstək olmuşdur. Bu gün ”Palmali” şirkətinin beynəlxalq sularda üzən xeyli gəmisi var ki, Azərbaycanın tarixi şəxsiyyətlərinin adını daşıyır. Ümummili lider Heydər Əliyev, M.Ə.Rəsulzadə, Laçınlı Sultanov qardaşlarının, və bir çox tarixi şəxsiyyətlərimizin  şərəfinə adlandırılan gəmiləri xatırlamaq onun bu sahədə yürütdüyü siyasətin bariz nümunəsidir.
Hər kəsə məlumdur ki, Mübariz bəy öz köməyini ehtiyacı olan insanlardan heç vaxt əsirgəməyib. Bir xeyriyyəçi kimi o, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin bir qrupunun təhsil xərclərini öz üzərinə götürmüş, çoxlu sayda şəhid ailəsinə, Türkiyədə və Azərbaycanda tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinə təmənnasız yardımlar göstərmişdir. DHM İB-yi olaraq Mübariz Mənsimovun azadlğa şıxması üçün siz dənizçilərin bu gün həmrəy olmasını xahiş edirik. Biz Palmali sahibinin adına söylənən şər-böhtanı, iftiranı pisləyirik. Qardaş Türkiyə hakimiyyətindən ədalətli araşdırma aparılmasını istəyirik və bu istiqamətdə bizimlə bir olmağınızı xahiş edirik.
Hörmətlə,
DHM İB-nin sdri Faiq Balabəyli
Share:

Author: admin