Azərbaycanda otellərin fəaliyyəti dayandırılır – Açıqlama

Azərbaycan Otel Assosiasiyası koronavirusa görə yaranmış qlobal böhranla əlaqədar ölkədəki otellərin bağlanması barədə yayılan məlumatlara münasibət bildirib.

Müstəqil.az xəbər verir ki, Assosiasiyanın Baş icraçı direktoru Günay Sağlam Trend-ə bildirib ki, əslində otellər tam olaraq bağlanmırlar. Onlar fəaliyyətlərini müvəqqəti olaraq dayandırırlar:

“Göstəricilər də otellərdə dolma faizinin aşağı olduğunu göstərir. Yerlər dolmadığı halda, otelləri açıq saxlamağın heç bir mənası yoxdur. Biz çağırış edirik ki, oterllərdəki işçiləri işdən çıxarmasınlar, onları işdən müvəqqəti ayırsınlar. Çünki bizim yerli kadrlara çox böyük ehtiyacımız var. Bu kadrlar uzun müddət ərzində yetişdirilir”.

 

37 baxılıb
mersin escort