Koronavirus bu insanları ölümdən xilas edir

Koronavirus pandemiyası havanın keyfiyyətinin yaxşılaşması hesabına xeyli insanın həyatını xilas edə bilər.

Müstəqil.az xəbər verir ki, bu məlumatı “Science Alert” yayıb.

Məlumata görə, zavod və fabriklərin koronavirusa görə bağlanması sayəsində dünyada hava çirklənməsindən öləcək insanların sayında kəskin azalma müşahidə olunub.

Belə ki, Çində havanın çirklilik səviyyəsinin iki ay müddətində azalması 5 yaşına qədər olan 4 min uşağın və 70 yaşından böyük olan 73 min nəfərin yaşamasına şərait yaradıb. Bu isə koronavirus qurbanlarının sayından dəfələrlə çox olub.(Axar.az)

 

Share: