El üçün ağlayan göz kor olar…

Mübariz Mənsimovu həbs etdilər.

Tanınmış iş adamını, Türkiyə iqtisadiyyatına milyardlarala mənfəət gətirən bir şəxsin İstanbulda  yaşadığı ev gecədən keçmiş basqına məruz qaldı.

Çox utanc gətirən bir əməliyyat oldu.  Hansı dövlətdən gözləsəydik də, qardaş Türkiyədən bu amansızlığı gözləməzdik…

“Türkün türkdən başqa dostu yoxdur”, – belə bir deyim var.  “Türkün türkdən başqa düşməni yox” deyimini heç zaman dilimizə gətirməycəyik… Ara-sıra səslənən bu şüarlar da bizlərə – bir millət iki dövlət olan türklərə yaraşmaz. Burda millətin nə günahı, biz eyni başı bəlalı, gözləmədiyimiz yerdən zərbə alan millətik. Və heç zaman da Mübariz Mənsimova qarşı olan, həm də haqsızlıqla müşahidə olunan bu olayı millətimiz arasında bir qarşıdurma kimi xarakterizə etmərik.

Mübariz Mənsimov kimdir ki? Özü demiş, düşünmədən həyatını, var-dövlətini Vətəninə, millətinə, valideyinlərinə, yəni böyüyünə qurban verəcək bir oğul…

Mübariz Mənsimovun evinə basqın çox utanc gətirəci bir hal. Bu bir sivil dövlətin əmniyyət keşikçilərinin şübhəli bildiyi kimsəni tutuqlaması deyil, əslində bir terror yuvasına hücum kimi anıldı.

 

Utandım. Ayıbıma gəldi. Mübariz bəy, türklərin ifadəsində bulunduğu kimi, karaqola, yaxud savçılığa, əmniyyət idrəsinə dəvət edilsəydi, gəlməzdimi, ifadə verməzdimi? Düşünürəm ki, gələcəkdi, zatən özü demiş, bunu gözləyirdi də. Çünki son illərin Rusiya neftinin Qara dəniz üzərindən daşınması uğrunda gedən anlaşılmaz qarşıdurma iş adamını bu hala hazırlamışdı. Hər cür böhtan, şər-şəbədə, qarayaxma ola bilərdi. Oldu da.

Zaman-zaman sifarişli saytlarda sifarişli yazılar boy verdi, “Polmali” şirkətlər qrupunun hanısa qara əməl sahibi olmasını gündəmə gətirdilər və sevindilər. Gündəmə gətirdikləri iyrənc yazılara görə paylarını aldılar və yenə də sevindilər. Sirkdə təlimatçıdan qənd alıb sevinən ayı balası kimi…

Gecə ilə, dünyada 5 gəmiçilik şirkətindən biri olan  iş adamının evinə Taliban silahlılarının, İŞİD başkəsənlərinin, PKK yaraqlılarının, erməni daşnaklarının, Türklərə qənim kəsilən Suriya hökumət ordusunun səngərlərinə edilən hücum kimi etdilər bu basqını. Görəsən, onu göz altına daha sivil yolla alsaydılar nə olacaqdı ki?…

Yoxsa, ailəsinin, cocuqlarının, yeniyetmə qızının yatdığı zaman evinə basqın etmək doğrudanmı  qaçılmaz idi? Belə etmək türk kişisinə heç yaraşmaz. Nə olsun ki, o polisdir, jandarmdır, savçıdır, daha nə bilim kimdir…

Hər halda buyruq belə gəlib və buyruğun ayıb olmasını bir daha dilə gətirim.

1915 – ci illərdə erməni murdarlarının Qarsda, Ərzurumda, Sarıqamışda kimsəsiz və əlacsız qalmış türk evlərinə soxulması, qadın və uşaqları qətlə yetirməsi həmişə tərəfimizdən pis xatırlanıb. Müqayisə etmirəm, ama heç istəməzdim ki, ailə üzvlərinin uyuduğu, istirahət etdiyi odaya terror yuvasını basırlarmış kimi daxil olunsun.

Azərbaycanda hər kəs narahatdır, Ata Abdullayev kimilər və Mübarizin, bir türk oğlu türkün, uğuruna həsəd aparanlar istisna olmaqla. Zatən xalq sosial şəbəkədə o xislət sahiblərinin qiymətini, dəyərini verir və verməkdə…

İnsanlarımız inanır, güvənir və gözləyir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu olaya qiymət verəcək, diqqət ayıracaq. Bir millətin iki dövləti var və bizim dövlətin prezidenti, bizim digər dövlətin prezidentindən haqqın, ədalətin öz yerini tapmasını istəyəcək. Mən buna inanıram və düşünürəm ki, yeri gəlsə tələb də edəcək, axı bizim Prezidentimmiz bütün azərbaycanlıların Prezidentidir, harda yaşamasından, sosial mənşəyindən, kimliyindən aslı olmayaraq.
Həm də cənab İlham Əliyevin vətəndaşlarımız üçün etdiklərini, onun siyası, iqtisadi reformalarını dəstəkləyən, işsizliyin aradan qaldırılması üçün yürütdüyü siyasəti, verdiyi təklifləri gerçəkləşdirənlərdən biri idi Mübariz Mənsimov. Baxmayaraq ki, o, dövlət məmuru deyildi, amma bir azərbaycanlı  iş adamı  kimi özünün qazancını buna sərf edirdi.
Vaxtınızı ala bilərəm, sadalamayacam.  Amma kim bilmir ki, Azərbaycanda yeni iş yeri açmaq üçün, heyvandarlıq və südçülük üçün nə qədər vəsait ayırmışdı. İdman sahəsinə də yetərincə pul ayırması hər kəsə aydındı. Ölkəmizin tanınmış ziyalılarının, şəhidlərinin adını verdiyi gəmilərdə işləyən yüzləlrlə dənizçimizi də bu sıralmaya əlavə edək.
Türkiyənin özündə tikdirdiyi məktəblər, təmir etdirdiyi tarixi binalar, əmniyyət idarələri, “Beşiktaş” futbol klubuna yatırım etməsi, Türk film sənayesinə ayırdığı milyonlar…
Türk mehmetçiklərinin şəhidliyini öz şəhidi, itkisi kimi qəbul etməsi və bu istiqamətdə etdiyi işlər. Yeddi nəsil arxa dönümündə erməni izi olacaq kimsələrin mənim şirkətlərimdə heç zaman işləyə bilməz, bəyanatı… Birmi, beşmi? Sadalayaqmı?
Heç kəs onun terrorçu qruplaşması ilə ilgili olmasına inanmaz. Onun hansı iddiası ola bilərdi ki?

Mənim Prezidentim İlham Əliyev bir erməni dığasının ölümünə kədər nümayiş etdirməz, biz hamımız Hrant Dinkik deyib, bir terrorçu millətə yas saxlamaz… M. Mənsimov da Prezidentimizin siyasi kursunu dəstəkləyib həmişə.

Fətulla Gülənlə isə nə vaxtsa salam-əleyki olubsa da, düşünürəm bu da Ərdoğan kimi siyasi arenada anidən parlamış bir siyasi xadimə olan rəğbətindən irəli gələ billərmiş. O, Ərdoğan siyasətinə də sadiqliyini dəfələrlə nümayiş etdirib. Bir vaxtlar Fətullanın əlini öpən, ona biət edən Rəcəb Tayib Ərdoğan inanmıram ki, Mübariz Məsimovu bu adla tutuqlasın. Hər şeyin öz adı var, hər şeyi öz adı ilə çağıraq.

 

Mübariz Mənsimov millətinə təmənnasız xidmətinə görə gözaltına alındı, tutuqlandı. Bu işdə ara qarışdıran milyonların sahibi olan məmurlar, heç nədən neft maqnatı olan insanlar başa düşüləndi. Mübariz özünün hala pulunu xaricdə oxuyan tələbələrə xərcləyirdi, şəhid ailələrinə, tanınmış incəsənət adamlarına yardım edirdi, 20 yanvar, Xocalı faciələrinizin daha çox tanınması istiqamətində apardığı əməli işlərə pul xərcləyə bilirdi. O, məmurlar bunu edə bilmirdi… Sadə bir məsələyə görə: Sorum ola bilərdi, sən bir məmursan, bu milyonları maaşlamı əldə etdin? Veriləcək suallara tapılmayan cavablara görə Mübariz Mənsimovu ləkələməyə dəyərdimi, görəsən?

Faiq Balabəyli

Share: