Vətəndaş Həmrəyliyi Partiyası Mübariz Mənsimovun azadlığa çıxmasını tələb edir

“Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun Türkiyədə FETO şəbəkəsi ilə əlaqədə ittiham olunaraq saxlanılması həm Türkiyədə, həm Azərbaycanda böyük məyusluq hissi yaradıb.

Müstəqil.Az bildirir ki, bu sözlər VHP-nin Mübariz Mənsimovun qardaş Türkiyədə göz altına alınaraq saxlanılması ilə  bağlı yayınladığı bəyanatda belə deyilir.

Vətəndaş Həmrəyliyi Partiyasının milyonlarla soydaşımızın fikrilərini ifadə edən bəyantında daha sonra aşağadəkılar əlavə olunub:

“Mübariz Mənsimov öz həyatı, əməlləri, iş fəaliyyəti və düşüncələri ilə hər iki qardaş ölkənin vətəndaşlarının böyük sevgisini qazanıb. İş adamı kimi Türkiyə dövlətinin iqtisadiyyatının inkişafına əvəzsiz xidmətlər göstərmiş, yardıma ehtiyacı olan hər bir şəxsə dayaq durmuş, hər zaman millətimizin elmə və soy-kökünə bağlılığına dəstək olmuş bir şəxsin adının hansısa cinayətkar şəbəkəyə calanması heç cür başadüşülən deyil. Əksinə Mübariz Mənsimovun öz fəaliyyətində FETO və Türkiyə Cumhuriyyəti əleyhinə olan bütün qüvvələrə qarşı olması hər kəsə bəllidir. Buna görə də Türkiyə və Azərbaycan cəmiyyəti iş adamının həbsinin sifarişli olduğunu düşünərək qardaş ölkənin hüquq-mühafizə orqanlarının belə bir çirkin planın içində olmasından təəssüf hissi keçirir.


Vətəndaş Həmrəyliyi Partiyası Mübariz Mənsimovun azadlığa çıxmasını tələb edir və aparılan istintaq işinin ədalətli sonuca gəlib çıxacağına inanır. Mübariz Mənsimovun azadlığa buraxılması Türkiyə hökumətinin və istintaq orqanlarının xalq sevgisinə olan adekvat münasibət olardı.”

Müstəqil.Az

Share: