Qeyd edək ki, Aləm Kəngərli imzası Moskva ədəbi mühitinə yaxşı tanışdır. Son illər Rusiya dövri mətbuatında öz əsərləri ilə mütəmadi çıxış edən yazarın əsərləri oxucular arasında böyük maraq doğurub. Bu yaxınlarda Aləm Kəngərlinin Rusiya Beynəlmiləl Yazıçılar İttifaqı tərəfindən 5 min tirajla nəşr olunan “18 rasskazov v poezde” adlı kitabı da buna bariz nümunədir.

Hadisələrin məntiqi davamı olaraq bu yaxınlarda yazıçı Rusiya Yazıçılar İttifaqı Moskva şəhər təşkilatının A.S.Puşkin adına “Sözə və əmələ sədaqət” medalına layiq görülüb.