Azərbaycanda toylar qadağan edildi

Koronavirus təhlükəsi səbəbiylə bir ay müddətində Azərbaycanda kütləvi tədbirlərin təxirə salınması qərara alınıb.

“Qafqazinfo” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki,  ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi də (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) qadağan edilib.

Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq. Tətbiq olunan xüsusi rejim bir ay davam edəcək.

 

Müstəqil.Az

Share: