Koronavirusla bağlı qorxulu reallıqlar üzə çıxdı…

Çinin elm adamlarının koronavirusla bağlı apardığı araşdırmalar qorxulu reallıqları üzə çıxarıb.

Araşdırmalara görə, koronavirus havada 30 dəqiqə ərzində qala bilir. Metal və plastik üzərində isə virus 37 dərəcədə 2 gün yaşayır. Bildirilir ki, virus qapalı məkanda hətta 4,5 metr məsafədən yoluxa bilir. Araşdırma zamanı məlum olub ki, Çində avtobusa minən koronavirus xəstəsi nəqliyyat vasitəsindəki bütün sərnişinləri yoluxdurub. 4,5 metr məsafədə əyləşən sərnişinin də virusa yoluxduğu məlum olub.

Həkimlərin tövsiyyəsinə görə, virusdan qorunmaq üçün qapalı məkanlarda xüsusi maskalar taxılmalı, ictimai yerlərdə ətrafa təmas edilməməlidir. Üz təmasından yayınmaq lazımdır./publika.az

97 baxılıb
mersin escort