Bişmiş toyuqla Ədliyyə Nazirliyinin Qeydiyyat və baş notariat baş idarəsi haqda söhbətimiz…

Artıq 4-ci aydır ki, Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimaii Birliyinin ( DHM İB) qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinin  Qeydiyyat və baş notariat baş idarəsinə müraciət etmişik. Sənədlərimizi düz üç dəfə geri qaytarıblar.

Şöbə müdiri, yaxud müdir müavini olan Mehman müəllim Soltanovun imzası ilə geri qaytarılan sənədlərdə hər dəfə bir səhv aşkarlanıb. Maraqlıdır, niyə sənədləri yoxlayan mütəxəssislər bu qüsurları – səhvləri ilk baxışdan görmürlər? Hər dəfə bir çatışmamazlıq qeyd olunur?

Bu çatışmamazlığlar və sünü əngəlləmələr barədə gəmidə şam yeməyi zamanı nimçədə sərələnərək iştahla yeyilməsini səbrsizliklə gözləyən bişmiş toyuğa danışdım.

Toyuq o qədər qıqqıladadı, o qədər  güldü ki, bişmiş canı ilə düz 3 dəfə yumurtladı. Elə yumurtlaya-yumurtlaya da dedi:

-And olsun mənim kimlərinsə qazancı üçün hesablanıb kəsilən başıma və sütül, pak, xoruz üzü görməyən vücuduma, isti suda pörtədilməyib də yolunub, Vətən zibilliklərinə atılan tüklərimin dibindən çıxan saf qanıma,  tərəzidə ağır çəkilmək  üçün dərimin altına şpiristlə yeridilən bulanıq suyun adına ki, Ədliyyə Nazirliyinin Baş Natorial idarəsinin mütəxəssisləri ya gicdi, ya da bicdi.


Bişmiş toyuğun bu sözlərinə və gülüşünə əsəbləşdim. Elə əsəbləşdim ki, onun döş ətindən bir yekə dişdəm qopartdım, yedim. Bunu heç də toyuğa şiddət kimi qəbul etməyin. Məqsədim həm də o idi ki, fikir verdim görüm onun sinəsində, çinədağında daha nə sözlər var.
Bişmiş toyuq ağrıları vecinə almadan yenə də qaqqıldaya-qaqqıldaya gülməyinə davam etdi:
– O müvafiq idarənin o müvafiq işçiləri ona görə gicdilər ki, bu sənədlər toplusuna və İB-in nizamnaməsinə baxanda ayrı-ayrı vaxtlarda qeyd etdikləri qüsurların hamısını görüb, bir dəfəyə qeyd etməliydilər. Görə bilmirlərsə, demək savadları o söz.

Yox əgər bunu məqsədli şəkildə belə edib də hər dəfə 30 iş günü, yəni 1,5 ay gecikdirirlərsə, demək bicdilər, yəni çox ağıllıdılar. İstəmirlər ki, DHM İB qeydiyyata alınsın.
Toyuğun döş ətindən bir diş də götürüb, ağzımda çeynəyə-çeynəyə gecikdirmənin səbəbini soruşdum:
– Niyə? Axı belə etməkdə onların məqsədləri nədir?
Bişmiş “kalpit” toyuğu yenə də qaqqıldadı və dedi:
-And olsun elə indicə gözünün qabağında dünyaya gətirdiyim saf və bakirə, hələ koronovirus qorxusu hiss etməyən yumurtlarımın içindəki balalrımın hüceyrələrinin canına ki, onlar ya hər hansı yeni bir iş yerinin açılmasına mane olmaq istəyirlər, ya sənin təsisçisi və sədri olduğun İB-in qeydiyyatdan keçməsi üçün hansısa maraq güdürlər, ya da…
Bişmiş toyuq susdu. Şılpaq qanadları ilə çılpaq dümüskülünün üstünü örtməyə cəhd etdi, cəhdi alınmadı. Bir qədər də gözlədim, Bişmiş toyuğun danıçmaq istəmədiyini görüb yapışdım budundan, cərcənəy edib, paçasını qopardıb atdım nimçənin dibinə:
– Özünü bəzi şou-biznes əhli kimi hamarda qoyma ha. De görüm ya da, dedikdə nəyi demək istəyirdin?
-Ya da hər hansı İB , QHT-ni qeydiyyata almaq üçün hansısa nazir, komitə sədri, nə bilim daha kim zəng etməlidir ki, bu adam mənim övladımdır, ya mənim məşuqəmin övladıdır, ya bacoğlumundur, ya katibəmdi, ya da nə bilim nəyimin nəyidir, onu qeydə alın, -toyuq bunu deyib, az qala üstümə kərəzdənəcəkdi. Amma cərcənəy olmuş paçasına, üstü açıq qalmış dümüskülünı, parçalanmış, dişdəm-dişdəm olmuş sinəsinə baxıb, təmaxül etdi.
Bişmiş toyuğa bir şillə vurub dedim, Zılını ye, az, orada İlqar müəllim Məmmədov adlı müdir var, yəqin onun xəbəri yoxdur, ya da onun ətrafı onu aldadır. Adı İlqar da olsa ətrafı ilqarlı adamlar deyil. Həm də Prezident bu boyda islahatlar aparır, bunun hayı, küyü, xəbəri onlara çatmır?
Bişmiş toyuq bir söz demədi. Eləcə cərcənəy olmuş paçasının ayıb yerini tüksüz qanadları ilə tutub, xısın-xısın qıqqıladı…
Bişmiş toyuğun sonuncu qıqqıltısı mənə çatmadı… Siz necə düşünürsüz?

Faiq Balabəyli
DHM İB – nin sədri, Gəmi kapitanı,

Müstəqil.Az saytının baş redaktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsi

 

 

 

 

354 baxılıb
mersin escort