Tanınmış şair Etibar Vəliyev Rusiya və Azərbaycanda nəşr olunmuş yeni kitablarını təqdim edəcək…

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

 

 

Müstəqil.Az xəbər verir ki,tanınmış şair Etibar Vəliyevin Rusiyada və Azərbaycanda yeni  kitabları nəşr olunub.

Çağdaş poeziyamızın istedadlı nümayəndələrindən olan şair “Dəniz qoxulu misralarım” ilə şeirsevərlərin görüşünə gəlir.

7 mart,2020-ci il, saat 16 :30-da “Azərkitab Kitab Təbliğat Mərkəzində” müəllifin yeni kitablarının təqdimat mərasimi və imza günü keçiriləcəkdir.

 

Bütün poeziyasevərlər dəvətlidir.

 

MƏNİM YUXULARIM

Bəlkə bəxt ulduzum yerin dəyişib,
Mənim yuxularım qarışıq düşüb.
Yoxsa bir məzlumun yuxusu qaçıb,
Mənim yuxularım qarışıq düşüb.

O gecə gördüyüm, taxtım deyil ki,
Mənim taxta çıxan vaxtım deyil ki,
Yuxuda gördüyüm bəxtim deyil ki,
Mənim yuxularım qarışıq düşüb.

Zaman saatımı tərs qurub bəlkə,
Şeytan yuxusundan tez durub bəlkə.
Küçədə arxamca it hürüb bəlkə,
Mənim yuxularım qarışıq düşüb.

Hər ruhun qəfəsi diri bədəndi,
Gedən qonaq kimi ruh da gedəndi.
Yuxu yozan varsa, desin nədəndi,
Mənim yuxularım qarışıq düşüb.

Qaranlıq gecənin, var işıq vaxtı.
Bilinmir düşmənin barışıq vaxtı.
Qarışıq dünyanın qarışıq vaxtı,
Mənim yuxularım qarışıq düşüb.

– deyən müəllifə aydın,rahat ömür yolu, uğurlarla dolu yaradıcılıq zirvələri, yadda qalan ,mənalı və gözəl günlər arzulayırıq.

 

 

Aysel Səfərli

Müstəqil.Az

242 baxılıb
Shares
mersin escort