Müstəqil.Az xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında sevilən həkim,yazıçı Məlahət Hümmətqızının “Villa” adlı yeni romanı işıq üzü görüb.
Kitaba son vaxtlar mətbuat orqanlarında çıxan “Yuxu” povesti, “Ata yadiğarı”, “Qorxu”, “Təşəkkür borcu”, “Köhnə royal”, “Yalan”, “Tənha qadın” hekayələri də daxil edilmişdir.
13 mart,saat 14:00-da AYB-nin “Natəvan” klubunda müəllifin yeni kitabının təqdimat mərasimi və imza günü keçiriləcəkdir.
Qəlbi ədəbiyyat eşqi ilə döyünən və tez-tez dövrü mətbuatda öz yazıları ilə çıxış edən Məlahət Hümmətqızının yaradıcı dünyasını sevən hər kəs bu tədbirə dəvətlidir.
Ədəbiyyatımızın və tibbin xidmətində sevə-sevə duran müəllifə bol oxucu sevgisi ,yaradıcılıq yollarında zirvələr və öz şərəfli həkimlik peşəsində uğur arzulayırıq.
Aysel Səfərli
Müstəqil.Az