Türkiyədən ərəb dünyasına: Rədd edirik!

Ərəb Dövlətləri Liqasının Türkiyəni hədəf alan əsassız açıqlamalarını rədd edirik.

Müstəqil.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Bəyanatda bildirilir ki, 4 mart tarixində Ərəb Dövlətləri Liqasının iclasında rəsmi Ankaranın ünvanına əsası olmayan ittihamlar səsləndirilib:

“Türkiyə hər zaman ərəb ölkələrinin ərazi bütövlüyünə dəstək verib. Ankaraya yönəlik heç bir fakta dayanmayan ittihamlar özlərinin dağıdıcı fəaliyyətləini ört-bəsdir etmək istəmələrinin nəticəsidir. Bəzi ərəb ölkələri qonşularında yaşanan insanlıq dramına səssiz qalmaqla yanaşı, oradakı separataçı rejimləri də dəstəkləməyə davam edirlər”.

Kamran Ə.

Share: