Müstəqil.Az bu yaxınlarda “Yaralı arzular” adlı yeni şeirlər kitabı işıq üzü görmüş gənc yazar Ülkər Nicatlının şeirlərini təqdim edir:
Arzular üşüyür
Qəlbim ağrılara əsir düşübdü,
Bir dərdin içindən min sirr düşubdü.
Ömrümdən bəxt payım kəsir düşubdü,
Dəryalar tökülür gözümdən, Allah.
Bu sevgi könlümdə var oldu yoxdan,
Qan damır bextimə sancılan oxdan.
Ruhum bədənimdən uçubdu coxdan,
Xəbərim olmayıb özümdən, Allah.
Qəfil uralanıb bəhərim, barım,
Yandırır sinəmi dərdim, qubarım.
Sənin pay verdiyin sərvətim, varım,
Talanıb dağımdan,düzümdən, Allah.
Həsrətə doğmayam ,vusala yadam,
Dərd dolu sevgidir günahım,xətam.
Məni misra -misra oxuyan adam,
Gözlərin nəm çəkər sözümdən, Allah.
Ülkər, qərib-qərib sızlayır ürək,
Bəxt bir əlçim duman, taleyim külək.
Sinəmdə bir ocaq qalayıb fələk,
Arzular üşuyür közümdən, Allah.