Dünyanın gözlədiyi görüş başladı – Ərdoğan və Putindən ilk açıqlamalar

Moskvada Türkiyə və Rusiya prezidentlərinin görüşü başlayıb.

Müstəqil.az Publika.az-a istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin təkbətək görüşdən öncə mediaya açıqlama veriblər.

Ərdoğan bildirib ki, görüş İdlib böhranı ilə bağlıdır: “Bölgədə problem böyükdür. Bu gün burada atacağımız addım, verəcəyimiz qərarlar bölgənin də, ölkələrimizin də xeyrinə olacaq. Bu gün Türkiyə-Rusiya münasibətlərini n yüksək səviyyədə olduğu dövrdə yaşayırıq”.

Putin isə Suriyada şəhid olan türk əsgərlərinə görə Ərdoğana başsağlığı verib.

“Əvvəl dediyim kimi, Suriya əsgərləri də daxil olmaqla heç kim orada türk əsgərlərinin olduğunu bilmirdi. Suriya ordusunun ciddi itkiləri var. Bu hadisələrin təkrarlanmaması, hər ikimizin də önəm verdiyi Türkiyə-Rusiya münasibətlərinin zərər görməməsi üçün bütün məsələləri müzakirə etməyimizə ehtiyac var”, – Rusiya prezidenti bildirib.

Share: