İranda koronavirusdan ölənlərin sayı 55-ə çatdı

İranda koronavirusdan ölənlərin sayı 55 nəfərə çatıb.

Bu barədə “Anadolu” xəbər agentliyi İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kiyanuş Cahanpurun açıqlamasına əsasən məlumat yayıb.

Açıqlamada bildirilir ki, koronavirusdan ölənlərin sayı 55-ə çatıb.

K.Cahanpur qeyd edib ki, ölkədə 987 nəfər isə virusa yoluxub.

Xatırladaq ki, İranda koronavirusdan ilk ölüm faktı fevralın 19-da qeyd edilib.

Share: