Bakıda bayram yarmarkaları açıldı – VİDEO

Bakıda Novruz bayramı münasibətilə satış yarmarkaları açılıb. 

Müstəqil.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən metronun ” Elmlər Akademiyası” ,”Neftçilər”, “Gənclik”, “İnşaatçılar,”Nəriman Nərimanov”,”Azadlıq” “28 May” və ”Xətai” stansiyalarının yaxınlığında ümumilikdə 15-ə yaxın bayram çadırı qurulub.

Bakı Şəhər İcra Hakimiyyətindən ”Xəzər Xəbər”ə bildirilib ki, bayram çadırlarında satışa çıxarılan məhsullar digər yerlərə nisbətən 10-15 faiz ucuzdur. Qiymətələrə də nəzarət olunur. Bayram yarmarkalarının martın 23-ə kimi davam etməsi nəzərdə tutulur.

Müstəqil.az Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:


 

Share: