Apteklərdə qoruyucu maska tapılmır – VİDEO

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Bakıda fəaliyyət göstərən bəzi apteklərdə qoruyucu maska tapmaq müşkülə çevrilib.

Müstəqil.az-ın məlumatına görə, apteklərin əksəriyyətində, ümumiyyətlə qoruyucu maskalar satılmır. Bəzi apteklərdə isə bu maskalar həddindən artıq baha qiymətə təklif edilir.

Paytaxtın Nizami, Xətai və Nəsimi rayonlarında fəaliyyət göstərən bir neçə aptekə baş çəkdik. Məlum oldu ki, apteklərin əksəriyyətində, ümumiyyətlə qoruyucu maska satılmır. Hətta qoruyucu maskaların olmaması ilə bağlı vitrinə elan vuranlar da var.

Əczaçılar deyirlər ki, tələbatın artmasına görə bəzi depolarda masklara limit tətbiq edilib. Müşahidələr zamanı qoruyucu maskaların və sprey spirtlərin qiymətində artım olduğu bəlli oldu. Məsələn, bir müddət əvvəl 80 qəpik-1 manat arasında satılan sprey spirtlər hazırda 2 manat – 2 manat 50 qəpiyə təklif edilir.

İqtisadiyyat Nazirliyindən isə ”Xəzər Xəbər”ə bildirildi ki, son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunduğu üçün və bu ölkələrdə qiymət artımının olması Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib. Nazirlik bu məhsulların qiymətini süni şəkildə artıran şəxslərə xəbərdarlıq da edib. Bildirilib ki, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Müstəqil.Az Xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Müstəqil.az

125 baxılıb
Shares
mersin escort