Sehran Allahverdi
Xocalı!
Səndən sonra nə cisim,
Nə də canam, Xocalı!
Evim, eşiyim qaldı,
Yandı anam, Xocalı!
İçimdə bir səmir var,
Öləmmərəm, əmr var.
Bil, qanımda dəmir var,
Çətin yanam, Xocalı!
Bu zülmü Dünya dandı.
Türkü Dünya nə sandı?
Türkünkü qanaqandı…
Həmin qanam, Xocalı!
Mən hər yandan enəcəm,
Mən yagını yenəcəm.
Yetişəcək ünəcən
Mən zamanam, Xocalı!