MSK sədri: “Kimin əlində fakt varsa, sosial şəbəkələrə yerləşdirsin”

“Kimin əlində qanun pozuntusu ilə bağlı faktlar, görüntülər varsa, sosial şəbəkələrdə yerləşdirsin”.

Müstəqil.Az Oxu.Az-ın xəbərinə görə bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib.

“İddialarınızın dəqiqliyindən əminsinizsə, həmin faktları sosial şəbəkələrə qoyun. Bütün ölkə də görsün ki, qanun pozuntuları olub”, – deyə M.Pənahov bildirib.

M.Pənahov onu da əlavə edib ki, seçkilərlə əlaqədar sosial şəbəkələrə 385 görüntü yerləşdirilib.

“Kim əlindəki faktları sosial şəbəkələrə yerləşdirməyibsə, bizdə əminlik yaranacaq ki, məntəqələrdə pozuntu halı olmayıb”, – deyə MSK sədri qeyd edib.

Share: