Paşinyanın “Tiqran iddiası”nı darmadağın edildi

Ermənilər öz ərazi iddialarını əsaslandırmaq üçün başlıca olaraq bundan çıxış edirlər ki, b.e. əvvəl 95-70-ci illərdə hakimiyyətdə olmuş ll Tiqran yaranmış əlverişli şəraitdən istifadə edərək bir sıra qonşu ölkələrin, o cümlədən də Albaniyanın bəzi ərazilərini tutub və 10-15 il işğal altında saxlayıb. Sonra isə Roma sərkərdəsi Pompey Tiqranı məğlub edib və Roma vassallığını qəbul etmək müqabilində həmin əraziləri öz sahiblərinə qaytarıb.

Müstəqil.Az Kult.az-a istinad edərək  xəbər verir ki, bu barədə filologiya elmləri doktoru, professor Kamil Allahyarov qeyd edib. O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransındakı debat zamanı “erməni kralı” Böyük Tiqranın romalı Pompeylə danışıqlar aparan zaman Azərbaycan adlı ölkənin olmamasını deməsi tamamilə absurd yanaşmadır:

“Ermənilər belə hesab edirlər ki, məhz bu 10-15 illik işğal onlara həmin ərazilərə əbədi sahiblik hüququ verib.
Əvvəla, Tiqranın ermənilərə qəti aidiyyəti yoxdur. Bəzi elmi araşdırmalara görə Tiqran sak (arşaki/ərşaki), bəzilərinə görə isə parfiyalıdır.

İkincisi, həmin ərazilər Tiqrandan əvvəl 350 il Əhəməni dövlətinin, 100 il yunanların (İsgəndər və davamçılarının), Tiqrandan sonra isə təqribən 300 il parfiyalıların, 350 il sasanilərin, 400 il ərəblərin, son min il isə türklərin hakimiyyəti altında olub. Paşinyandan soruşmaq lazımdır ki, nəyə görə bu çoxəsrlik istilalar hakim xalqlar üçün “əzəli və əbədi sahiblik hüququ” yaratmayıb, ancaq Tiqranın 10-15 illik işğalı ermənilər üçün belə hüquqlar yaradıb? Dünyanın heç bir yerində olmayan belə özəlləşdirmə hüquqlarını ermənilərə kim verib və onlar harada yazılıb?”.

Professor etnologiya elmindəki aksioma da diqqət çəkib:

“Hətta elmə az-çox məlum olan son 6 min il ərzində belə, dünyada elə bir ərazi yoxdur ki, onun əhalisi bir neçə dəfə dəyişməsin və ya bir-birilə qarışmasın. Elə bu faktın özü “tarixi hüquqlar” məsələsini mənasız edir. Həm də belə əsassız iddialar bütün müasir xalqlar arasında müharibələrə səbəb ola bilər”.

Müstəqil.Az

60 baxılıb
mersin escort