MSK-dan 4 dairə ilə bağlı qərar – Təcili

Mərkəzi Seçki Komissiyasının (MSK) 9 fevral tarixində keçirilən parlament seçkiləri ilə bağlı şikayət və müraciətlərə həsr olunan daha bir iclası keçirilir.

Müstəqil.az xəbər verir ki, iclasda MSK katibi Arifə Muxtarova və MSK-nın və Ekspert Qrupunun üzvləri məlumat verirlər.

İlk məsələ barədə danışan Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz kənd, 62 saylı Saatlı, 92 saylı Zərdab-Ucar seçki dairələri üzrə daxil olmuş müraciətlər müddət ötməklə daxil olduğundan, ərizəçilərə geri qaytarılmalıdır.

MSK üzvü İlham Məmmədov isə bildirib ki, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə daxil olan şikayətin araşdırma səlahiyyəti DSK-da olduğu üçün müvafiq DSK-ya göndərilməldir.

Bu təkliflər səsə qoyulub və qəbul olunub.

 

Share: