Koronavirus üçün son tarix elan edildi

Ölümcül koronavirus epidemiyası aprel ayında təsirini itirəcək. İki aydan sonra epidemioloji vəziyyətin sabitləşəcəyi gözlənilir.

Müstəqil.Az xəbər verir ki, bunu Çin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin Pnevmoniyanın yayılmasına qarşı mübarizə komissiyasının rəhbəri deyib.

Epidemiyanın pik həddi fevralın sonuna düşəcək, aprel ayında isə vəziyyət düzəlməyə doğru gedəcək.

Xatırladaq ki, koronavirus müsbət 56 dərəcədə dərhal, 37 dərəcədə isə təxminən 15 dəqiqəyə tələf olur. Aprel ayının başlaması ilə havaların isinməsi bu virusun məhvinə səbəb olacaq.

Qeyd edək ki, koronavirusun yeni növü 2019-cu ilin dekabrında Mərkəzi Çinin 12 milyon əhalisi olan Uhan şəhərində qeydə alınıb. Çindən başqa 25 ölkədə həmin xəstəlik aşkar edilib. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocağı olan epidemiya kimi səciyyələndirərək beynəlxalq miqyaslı fövqəladə vəziyyət olaraq tanıyıb.

Nigar İ.

Share: