Bakıda Xıdır Nəbi bayramı keçirildi

Dünən, fevralın 15 – də Bakıda yerləşən Atlantis restoranında “Naxçıvanlılar” qrupunun təşəbbüsü ilə Xıdır Nəbi bayramı keçirildi.

Qrupun üzvlərindən olan  Azər Əsgərov, Fərahim Sadiq, Yalçın Nəbiyev, Vaqif Şahsuvarov və Kənan Şərifovun təşkilatçılığı ilə baş tutan  “Xıdır Nəbi bayramı” tədbirində, Novruz bayramı ərəfəsində Naxçıvan və ətraf bölgələrdə keçirilən, adət-ənənəyə uyğun el adətlərindən bəhs olunub.
Tədbirə qatılan tanınmış müğənnilər, muğam ustaları və rəqs qrupları öz rəngarəng çıxışları ilə məclis iştirakçılarına xüsusi zövq veriblər.
Böyük coşqu ilə keçən bayram tədbirində məclis iştirakçıları əl-ələ verərək, qara zurnanın sədaları altında yallı gedib, rəqs ediblər.
Tədbir boyu göstərilən kiçik tamaşa parçaları, söylənilən şeir və hakıştalar da izləyicilərdə xoş təəssüratlar yaradıb.
Tədbirdə ölkəmizin bir çox dəyərli elm və sənət adamları, yazıçı və şairləri iştirak edib.
Tədbir boyu səhnədə Azərbaycan bayraqları göz oxşayıb.
Müstəqil.Az
 
 
Share: