Hadı Rəcəblinin də nəticəsi ləğv edildi – Təcili

MSK-nın iclasında 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə məsələnin müzakirəsinə başlanılıb.

Müstəqil.az xəbər verir ki, məsələ barədə MSK üzüv Qabil Orucov məlumat verib.

Q.Orucov konkret seçki məntəqələrində baş verən pozuntular barədə məlumatı səsləndirib.

MSK üzvü təqdim edilmiş faktların araşdırılması zamanı bu seçki dairəsində seçkinin nəticəsinə bu və ya digər formada təsir edə biləcək pozuntuların baş verdiyini bildirib.

Qeyd edib ki, bu pozuntular öz təsdiqini tapıb.

MSK üzvü deyib ki, bu pozuntular səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair hüquqi əsaslar yaradır. Bu isə seçki məntəqlərinin 2/5-dən çoxu deməkdir ki, bu da seçki dairəsində nəticələrin etibarsız hesab edilməsinə əsas verir.

MSK 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticlərinin ləğvi barədə qərar qəbul edib.

 

Share: