Bu əsər hərracda 30 milyona satıldı

İngilis rəssamı Devid Hokninin “Şappıltı” (“The Splash”) əsəri Londonda keçirilən hərracda 23,1 milyon funt sterlinqə (29,8 milyon dollar) satılıb.

MÜSTƏQİL.AZ “Qafqazinfo”-ya istinadla bildirir ki, bu barədə çərşənbə axşamı müasir incəsənət əsərlərinin hərracını keçirən “Sotheby’s” auksion evindən məlumat verilib.

1966-cı ildə yazılan əsər sonuncu dəfə 2006-cı ildə satışa çıxarılmışdı. Həmin vaxt o, indikidən səkkiz dəfə ucuz qiymətə satılmışdı.

“Şappıltı” əsəri

Devid Hokni

Share: