“İyirmi birinci əsrdir, Alatava hələ də susuzdur” – Deputatlığa namizəd

15 saylı Yasamal 1-ci Dairə Seçki Komisiyasından öz təşəbbüsü ilə deputatlığa namizədliyi irəli sürülən Fərqanə xanım Əliyevanın seçicilərlə görüşü davam edir.

Azərbaycan Texniki Universitetinin İdman Kompleksində seçicilərlə keçirilən möhtəşəm görüşdə sakinləri maraqlandıran, onları narahat edən problemlərdən bəhs olunub. Bundan əlavə olaraq rayon sakinləri təhsil sahəsində aparılan islahatlarla bağlı da suallar verib və onları qanedən cavablar alıblar.

Yasamaldakı “Məhsul” stadionun  bərbad vəziyyətdə olması, söküntülərin günü-gündən artması və bu stadionun təmirə ehtiyacı olması da günün əsas narahatedici mövzusu olub. Xanım namizəd seçicilərə söz verib ki, bütün sadalanan problemlərin ictimailəşməsi və əlaqədar təşkilatların diqqətinə çatsddırılması üçün bütün səlahiyyətlərindən istifadə edəcək.

Xanım namizədin təbliğat-təşvirqat komandası Yasamal rayonun 2-ci Alatava yaşayış massivində də olub.  Fərqanə xanımın vəkili Natavan Hüseynova seçicilərlə görüşdə o9nların qarşısında çıxış edərək vəkili olduğu deputatlığa  namizəd xanımın onların əsas problemlərindən biri olan su probleminin də  həlli istiqamətində işlər görməkdədir. Belə ki bu barədə artıq əlaqədar təşkilatlara müraciətlər edilib.


Deputatlığa namizəd Fərqanə Aydın qızı Əliyeva Müstəqil.Az-a bildirib ki, artıq 21 ci əsrin iki onilliyi başa çatıb lakin bu ərazinin susuzluq problemi öz həllini tapmayıb: “Sakinlər bizimlə söhbət zamanı bildirdi ki, hələ buy vaxta qədər heç bir deputat, yaxud da deputatlığa namizəd bu ərazidə olub, görüşlər keçirməyib, problemlərlə maraqlanmayıb”.

Müstəqil.Az-

 

 

Share: