Gəncə Təhsil İdarəsində özbaşınalıq…

Gəncə Təhsil İdarəsinə müdiri  Zakir Hüseynovun  vəzifə səlahiyyətlərini aşmaqda, vəzifə səlahiyyətlərindən sui istifadə etməkdə, Dövlət büdcəsindən əsasız olaraq maliyyə silinməsi etməkdə  redaksiyamızda rəsmi məlumatlar daxil olubdur.

Belə ki, redaksiyamıza daxil olan rəsmi sənəddən məlum olur ki,   16 yanvar 2019 cu ildə Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən əsassız olaraq pul silinməsi edibdir. Adı çəkilən maliyyə hesablaşma mərkəzi “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları” na 289690.0 manat (iki yüz səksən doqquz min altı yüz doxsan manat) pul ayırması haqqında rəsmi sənət vardır.

Təhsil Nazirliyinin bir il ərzində bütün ölkə məktəblərini odunla təmin etmək olar 289690.0  manat məbləğinə.

Bir də ki, hal-hazırda  Gəncə Şəhərində odunla istifadə olunan məktəblər yoxdur. Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseyinov tələbnaməsi əsasında bu işlərin görülməsi hər kəsə aydındır. Hətta bu məbləğin yəni ki, 289690.0  manatın “Xalq Bank” filialının  vasitəsi ilə Neftçala şəhərinə köçürülməsi haqqında rəsmi sənət vardır.

Əldə etdiyimiz digər  məlumatlara görə Zakir Hüseyinov Azərbaycan Texnologiya Universitetində,  Kompüter Mühəndisliyi Telekomminikasiya kafedrasında 0,5 ştat, Gəncə Dövlət AQRAR Universitetinin İnformasiya Texnologiyaları sistemləri kafedrasında isə eyni qaydada  0,5 ştat işləyir.  Adı çəkilən  Universitetlər də  Zakir Hüseyinov  bir dəfə də olsun dərsə gedib dərs keçmiyibdir. Amma Universitetlərdən hər ay Zakir Hüseyinova  aylıq maaş yazılıbdır. Bu külli miqdarda pulun mənimsənilməsi deməkdir. Hətta Universitetlər də Zakir Hüseyinovun əvəzinə saxta Jurnal yazılıb, bu özü əsaslı  çinayətdir.

Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseyinova əsassız olaraq əməkhaqqı yazılması, vəyaxud Zakir Hüseyinov bilərəkdən əassız olaraq pul kartı vasitəsi ilə hər iki universitetdən əməkhaqqı alması, aylıq qazanc əldə etməsi üçün,  külli miqdarda pulun mənimsənilməsi, təstiqini tapan korrupsiya faktıdır.

Araşdırdıqca dəhşətə gəlirik, bu qədərdə anarxiya olarmı?

Ötən  2019 cu ilin sonlarında həbs olunan sabiq Ağstafa rayon icra başcısı Nizaməddin Quliyevin, sabiq Yevlax rayon  icra başcısı Qoca Səmədovun Dövlət büdcəsindən əsassız olaraq maliyyə silinmələri edildiyi təsdiqini tapdığı halda hər iki icra başcısı həbs olundu.

Gəncə Təsil İdarəsinin müdiri  aylıq qazanc əldə etməsi üçün, Dövlər büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqları alması ələ keçirilməsi haqqında məlumat doğrudur. Bu şəxsin, Vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə  zərər vuran çox saylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Mövzuya yenidən qayıdacayıq.

Azər Allahverdiyev  (Jurnalist)

   Müstəqil.Az

Share: