İrəvandakı tarixi Göy məscid dağılır – FOTO

Yerevanın tarixi Kond məhəlləsində tarixi məscidin bir hissəsi dağılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məscidin çökməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə zəng daxil olub.
Şəhərin Rustaveli küçəsində yerləşən Göy məscidin xarici divarı dağılıb. Ərazi gediş-gəliş üçün bağlanıb.
Xatırladaq ki, Göyə məscid 1768-ci ildə inşa olunub. İrəvan xanı Hüseynəli xan Qacarın inşa etdirdiyi məscid Yerevanda günümüzə çatan yeganə İslam abidəsidir.

Müstəqil.az

Share: