“Uzaqdan bir şeir” layihəsində MƏMMƏD RAHİM

ARAZIN ŞİKAYƏTİ

 

Arazla bu səhər gəldim üz-üzə

Axıb gedən zaman yaşıl bir düzə,

Dedi: “Şairlərdən şikayətim var.

Mənim çox qəribə hekayətim var”

Dedim ki: “Nə olub”?

Qövr etdi dərdi,

Dedi: – El bir zaman mənə deyərdi:

“Arazım, Arazım, axan Arazım!

Sinəsi yadlara qalxan Arazım

Çağla ki, sən mənim öz vüqarımsan,

Sevincim, fərəhim, iftixarımsan”!

Dedim ki : “Elədir.”

Gəldi hiddətə:

“Elədirsə, nədən bəs qana-qana

Şairlər salırlar məni böhtana!

Qalır bir tərəfdə zülmkar, yağı,

Deyirlər sən böldün ana torpağı”.

Ayrıldığım zaman kədərli çaydan,

Gördüm ki, qardaşım baxır o taydan.


Layihənin Kamalə ABİYEVA təqdim edir

 

 

157 baxılıb
mersin escort