SON DƏQİQƏ: Azərbaycanda koronavirus şübhəsi – KARANTİNƏ ALINDI

“Çin vətəndaşı Kliniki Tibbi Mərkəzdə (KTM) karantinə alınıb”.

Müstəqil.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, 22-23 yaşlı çinli oğlan Bakı Dövlət Universitetinin tələbəsidir və bu yaxınlarda Çindən Azərbaycana gəlib:

“Koronavirus təhlükəsi ehtimal olunmur. Sadəcə olaraq, Çindən gəldiyi üçün 14 gün müddətində təhlükəsizlik səbəbilə karantində saxlanılacaq”.

C.İsayev qeyd edib ki, müayinənin nəticələrindən asılı olaraq qərar qəbul olunacaq.

Share: