“Mançester Yunayted”in azarkeşləri klubun vitse-prezidentinin evini yandırmağa çalışıblar – VİDEO

Ötən gecə İngiltərənin şimal-qərbində yerləşən Çeşir qraflığnda “Mançester Yunayted” klubunun vitse-prezidenti və icraçı direktoru Eda Vudvordun evinə hücum edilib.

“Sky Sports” nəşri məlumat verir ki, “Mançester Yunayted” klubunun bir qrup azarkeşi vitse-prezidentin yaşadığı evə tərəf fayer (yandırıcı maddə), tüstü buraxan fumiqant və boya ataraq, “Vudvord ölməlidir!” şüarlarını səsləndiriblər.

Polis baş verən hadisə ilə bağlı araşdırma aparır. Klub rəsmiləri hücum faktını təsdiqləyiblər.

Share: