Kadırova başqa vəzifə verilməyib – Özü açıqladı

Çeçenistan rəhbəri Ramzan Kadırov mətbuatda başqa vəzifəyə təyin edilməsi barədə yayılan məlumatalara münasibət bildirib.

Müstəqil.Az xəbər verir ki, Kadırov yayılan məlumatların həqiqəti əks etdirmədiyini və Çeçenistan rəhbəri kimi fəaliyyətini davam etdirdiyini bildirib.

Çeçenistan rəhbəri qeyd edib ki, məmurlar bir müddət efirdə görünmədikdə onlar haqqında belə şayiələr yayılır.

Qeyd edək ki, yanvarın 13-də Kadırov səhhəti ilə əlaqədar vəzifəsindən müvəqqəti uzaqlaşmışdı. Bəzi Rusiya saytları isə Kadırovun Putinin səlahiyyətli nümayəndəsi təyin edilməsi ilə bağlı məlumat yaymışdı.

Nərmin Ə.

     

    Share: