Nəğmə susdu dodaqlarda, dilə gəldi tüfənglər…Dəniz Donanmasında…

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Xalqımızın qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusu tərəfindən hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı qırğın törədildi.

30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu hadisələr əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı bir qətliam idi. 147 Azərbaycan vətəndaşının şəhid olduğuu, 638 nəfərin yaralanaraq xəsarət aldığı bu haidsə qan yaddaşımızdan silinməyəcək.
20 Yanvar hadisələrinin canlı şahidləri isə artıq 30 ildir ki, danışır. 20 Yanvar hadisələrində ölümlərin, rəqəmlərin sayının azalmasında dənizçilərin rolu az deyil, desək yanılmarıq. Onlardan biri də Faiq Balabəylidir.
“Dənizçilərin Hüquqlarının Müdafiəsi” ictimai Birliyinin sədri və “İslam Kərimov” adına gəminin kapitanı olan Faiq Balabəyli o zamanlar Xəzər Dəniz Neft Dononması idarəsinin “Şirvan” gəmisində elektrik mexanniki vəzifəsində çalışırdı. O, 30 il öncəki hadisələri belə xatırlayır: “Elə bilirəm ki, 20 Yanvar hadisələrindən 30 il yox, 30 gün keçir. Sanki bu qanlı hadisələr dünən baş vermişdi. O ağrı, acı, o gülləbaran heç zaman gözlərimin önündən getməyəcək. Lakin bu gərginlik 1990-cı ilin yanvarında deyil, hələ 1988-ci ildən yaşanmağa başlanmışdı. 1988-ci ilin “Meydan” hadisələri baş vermişdi”.
Həmsöhbətimizin çalışdığı Xəzər Dəniz Neft Donanması da 20 Yanvar hadisələrində xalqın yanında olub: “O vaxtı 25 yaşım vardı, yadımdadır, işlədiyim və komandirlərindən biri olduğum “Şirvan” gəmisi Çilov adası ilə Neft daşlarının arasında növbəti iş günü üçün lövbərə daşanmışdı. Hava çox küləkli idi. Səhər üçün bizə tapşırıq verilmişdi ki, o zamanlar 28 Aprel Neft daşlarında olan bəzi öhdəliklərimizi həyata keçirək. Yanvarın 19-u, axşam radələri idi. Otağımda kitab oxuyurdum ki, bir də gördüm ki, növbətçi matros həyəcanla otağıma girdi, dedi ki, Bakıda qırğındır. Əslində Bakıda vəziyyətin gərginləşməsi haqda məlumatımız var idi. Çünki yanvarın 13-dən etibarən Bakıda yaşayan erməni ailələrinin köçürülməsi prosesi başlanılmışdı. Onların köçürülməsi bizim gəmilər vasitəsilə həyata keçirilirdi. Biz onları Türkmənistanın Krasnodar vilayətindəki limanadək aparırdıq. Beləcə 1000-1200 erməni ailəsini Bakıdan çıxarmışdıq”.
Bu xəbəri eşidər-eşitməz radionu açdım, diktor Bakıda qırğın törəndiyini söyləmişdi ki, birdən səs kəsildi. Təbii ki, belə olan halda biz gəmiçilər kapitanın qərarı olmadan hərəkət etməməliydik. Amma bunun əksini etdim, kapitanın gəlməsini gözləmədim, dəstəyi qaldıraraq dedim ki, Bakıda qırğındır, məni eşidən gəmi kapitanları, səsimə cavab verin. Bu zaman başqa gəmilərdən birinin kapitanı səsimə səs verərək bu məlumatın yalan olduğunu dedi. Hələ buna görə məni söyənlər də oldu. Mən isə dəstəyi yenidən qaldıraraq dedim ki, xəbəri radiodan eşitmişəm. Təbii ki, artıq başa düşürdüm ki, mənim verdiyim bu məlumatı inkar edən digər gəmi kapitanı bizdə vahimə yaranmasın deyə belə etmişdi”, – deyə o əlavə edir.
Beləcə gəmilər məşvərət çağırdı, qərar qəbul olundu ki, heç kəs işləməsin, şəhərdəki etiraz aksiyasına qoşulsunlar: “Yanvarın 20-də, səhər radələrində gəmimiz Bakı buxtasına daxil oldu. Biz buxtaya daxil olanda artıq 100-ə yaxın gəmi orada dayanmışdı. Artıq Bakı buxtası, yəni şəhərə giriş və çıxış tamamilə bizim nəzarətimizdə idi. Bununla da biz hərbi gəmilərin şəhərə giriş və çıxışının qarşısını almaq üçün kanalları bağladıq, həyəcan siqnalları verməyə başladıq”.

Həmsöhbətimiz deyir ki, bu hadisənin genosid kimi tanınmaması üçün şəhərə girən, xalqa atəş açan hərbçilər ölənləri şəhərdən çıxarmaq istəyirdi: “Çünki ölənlərin sayı bəlli bir saya çatdıqdan sonra törədilən hadisə genosid adlanır. Onlar da bunun qarşısını almağa çalışırdılar. Lakin biz buna imkan vermədik. Lakin yanvarın 22-də ruslar ailələri Bakıda qırıldığı üçün onları buradan çıxarmaq adı ilə hərəkətə keçdilər. Burada söhbət qadın və uşaqdan gedirdi deyə, biz məşvərət keçirtdik və bir şərtlə buna razılıq verdik. Şərtimiz isə bu idi ki, öncə gəminin sürəti azaldılmalı və bizim gəmilərdən projektorla işıq salındıqda qadın və uşaqlar göyərtəyə çıxarılmalıdır. Lakin onlar verdikləri sözə əməl etmədilər, təyin olunan nöqtəyə çatanda ruslar bizi atəşə tutdu və çıxıb getdilər. Amma biz meyitlərin gəmi ilə aparılıb, aparılmadığını bilmədik”.
O zamanlar SSRİ-nin müdafiə naziri Marşal Yazov da Bakıda idi. O hadisələrə nəzarət edərək gəmiçilərin planlarını pozmağa çalışırdı. O zamanlar SSRİ-nin İnformasiya Agentliyi olan SİTA isə qərəzli informasiyalar yayırdı: “SİTA dövlətin, kommunist partiyasının maraqlarını güdərək yaydığı məlumatda bildirmişdi ki, Bakıda bir qrup ekstremist qırğın törədərək şəhərdə insanları öldürüb. Buna misal olaraq 1988-ci ilin Sumqayıt hadisələri göstərilir, erməni evlərinin nəzarətə götürüldüyü bildirilirdi. Lakin biz dünya ictimaiyyətinə həqiqətin bu cür olmadığını çatdıra bildik. Artıq dünya ictimaiyyəti reallıqlar haqda bizdən məlumat alırdı. Ayın 24-dək biz gündüzlər hər yarım saatdan bir, gecələr isə hər bir saatdan bir sos siqnalları verirdik. O zaman “Vixır 12″ gəmisinin milliyətcə rus olan radio-operatoru dəstəyi qaldıraraq Bakıda baş verən hadisələrlə bağlı məlumat yaydı. Artıq Bakıda törədilən qırğınlar haqda dünya sularında üzən digər gəmilərdə də məlumat var idi. Üstündən çox keçmədi ki, dünyanın bütün sularından bizə cavablar gəldi. Beləliklə biz Bakı qırğınının böyüməsi, sayın artmasının qarşısını almış olduq. Çünki sos siqnalı verilməsəydi, dünya SİTA-nın yaydığı məlumatlara inanmış olsaydı, ölənlərin sayı daha da çox olacaqdı”.
“Bundan sonra biz rusların qarşısına 10-12 müddəadan ibarət bir tələbnamə qoyduq. Bu tələbnamədə qeyd olunurdu ki, Bakıya yeridilən qoşun 24 saat ərzində buranı tərk etməli, SSRİ rəhbərliyi törətdiyi cinayətə görə Azərbaycandan üzr istəməli və buna görə təzminat ödəməlidir. Biz tələblərimizə əməl olunmadığı halda ilk olaraq buxtada bir tankeri, buna yenə də əməl olunmadığı halda isə Xəzərboyu neftqayırma zavodlarını yandıracağımızı dedik. Təbii ki, SSRİ rəhbərliyi bunu istəməzdi. Çünki hər zaman müharibələr neftin üstündə olub və onlar müharibələrdə Bakını qorumağa çalışıblar”, – deyə F.Balalbəyli əlavə edir.
O zaman Vəzirov ölkəni tərk etmişdi, o zamanlar Ali Sovetin sədri olan Elmira Qafarova deputatları yığmağa çalışsa da, buna nail ola bilməmişdi. Həmsöhbətimiz gəmiçilərin Elmira Qafarova və Yazovla görüşündən danışır: “Yadımdadır, Elmira Qafarova başına qara yaylıq bağlayaraq bizi, mənim xalqımın qeyrətli oğulları deyə, səsləyərək bağrına basdı. Biz onunla görüşən zaman Yazov Elmira Qafarovaya zəng etdi. Elmira xanım isə ona,mənim üçün sizin ordunun bir qəpiklik də qiyməti yoxdur, deyirdi. Daha sonra kapitan Müzəffər Əlİyev və Kərəm Məmmədov, Şeyxülislam Hacı Allahşükür Paşazadə Yazovun qəbuluna getdi. Yazov onları qəbul edərək, nədir, tətilmi edirsiniz, deyə müraciət edir. O isə cavabında yox, sizin əməllərinizə əks cavablar veririk, deyir. Yazovun qərarına görə Kərəm Məmmədov güllələnmli, digəri kapitan isə 15 illik cəza çəkməlidir. Yazov bizi bütün gəmiləri batıracağı ilə hədələyirdi”.

“Rus gəmiləri hər axşam buxtaya daxil olaraq şəhərdən çıxmağa çalışırdı. Biz isə onların qarşısını alırdıq. Bu səbəbdən hər gecə buxtada döyüş gedirdi, gəmilər tarana çıxırdı. Onların əllərində silah, pulemyotlar, avtomatlar olsa da, bizim mülki gəmilər əliyalın idi. Bu döyüşlərdə gəmilərimizə mindən çox güllə dəymişdiı. Hətta atışmalar zamanı iki nəfər xəsarət almışdı. Bu şəxslərdən biri sonralar havalanara dünyasını dəyişmişdi. Cəlilabada rayonun Ucarlı kənd sakini olan Şahbazov Adil şəhərdəki meyitləri daşıyarkən havalanmışdı. Yadımdadır, bir gün onu şəhərdə ağacların arasında dayanmışdı. Gördüm ki, əlindəki siqaret qutusunu avtomat kimi tutaraq irəliyə doğru tutur. Guya ki, əlindəki “avtomat”la hərbçiləri vururdu”, – deyə o əlavə edir.

Artıq yanvarın 23-dən 24-ə keçən axşam Bakı buxtasında fövqəladə vəziyyət elan olunmuşdu. Kapitanlara isə göstəriş verilmişdi ki, günorta saat 14:00-dək gəmilər buxtanı tərk etməldiir. Əks halda onlar gülləbaran olunacaqlar: “Bizi Azərbaycan hakimiyyəti deyil, içimizdəki birlik ayağa qaldırdı. Ruslar da təəccüblənirdi ki, necə olur ki, mülki gəmilər hərbi gəmilərdən daha yaxşı vuruşur. Fövqəladə vəziyyət elan olunduqdan sonra biz tətil etmək istədik. Lakin ruslar buna da imkan vermədilər və gəmilərimizi toplardan atəşə tutdular. Hətta bizim bir gəmimizi atəşə tutaraq yandırdılar”.
“Bir kater vardı, oradakı kapitanlardan birinə dedim ki, məni gəmimə apar, çünki gəminin açarları məndədir, orada dənizçilərə zərər yetirə bilərlər. Öz gəmimə çatanda isə gülləni alnıma dayadılar, əyin-başımı başdan-ayağa yoxlayanda rus hərbçi mənim ayağımdakı ağ coraba görə dedi ki, çirkabdan çıxmısan, amma knyaz kimi geyinmisən. Bu onu hiddətləndirmişdi”, – deyə o əlavə edir.
Bu günlərdə dənizçilər Bakı sakinləri üçün əsl xilaskara çevrilmişdi: “Şəhər sakinləri deyirdilər ki, bizim nicatımız sizdədir. Biz dənizçi olaraq xəstəxanaya gedərək yaralılara qan verir, bir-birimizlə yardımlaşırdıq. Yadımdadır, telefonla danışmaq üçün “butka”da növbəyə dayanmışdım. Həddindən artıq növbə vardı. Gödəkçəmin altından gəmiçi formasını geymişdim. Əsəbiləşib, yaxamı açdım, görəndə ki, dənizçiyəm, hamı məndən hal-əhval tutmağa başladı və növbələrini mənə verdilər”.
Dənizçilər 20 Yanvar şəhidlərinin dəfn mərasimində də yaxından iştirak edərk bu ağır gündə xalqın yanında olublar…

Nigar MƏHƏRRƏM

Azərifakt

300 baxılıb
mersin escort