Süleymaninin ölüm anı: Komandirlə Trampın səs yazısı…

ABŞ Prezidenti Donald Trampın SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin öldürüldüyü hücumun son anlarını təsvir edən səsyazısı üzə çıxıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə CNN televiziyası məlumat yayıb. Trampla komandirlər arasında baş tutan dialoqun səsyazısının Ağ Evdəki müzakirə otağında qeydə alındığı bildirilib:

“İkisi bir aradadır. (Hücuma) 2 dəqiqə 11 saniyə qaldı. Maşının içərisindədirlər və silahlıdırlar. Cənab, son bir dəqiqə qaldı, 30 saniyə, 10, 9, 8… (Bundan sonra anidən buum…) Məhv edildilər, cənab”.

Qeyd edək ki, Q.Süleymani yanvarın 3-də İraqda ABŞ tərəfindən sui-qəsdlə öldürülmüşdü.

Büullurə Yunus

Share: