Səni öpdüyümü bilir o çayçı – QƏŞƏM NƏCƏFZADƏ

Mənim balam, nəfəsini gey əyninə istilən

Amerika külək əsir
Şərq oxuyur
Qış-qış
Xaş-xaş
Xəş-xəş
Amerikanı görmüsənmi, Əliş əmi
Görüb salam vermisənmi, Əliş əmi.
Mən ölüm düzünü de…

Rusiya əsir
Əsir Rusiya
Havası ölkələrin
Burnundan gəlib keçir vız
Vız-dız
Cız-bız
Mız-mız
İraqda siyasət əsir
Güllələr uçur uşaqları qızdırmağa
Qız balam
Qız balam

Gecə-gündüz ot daşıyan, Əliş əmi
Külək olub od yaşayan, Əliş əmi
Nə var, nə yox?
Oğlun öldu gələ bilmədim
Mən də öləndə
Sən gəlmə
Mən belə əclafam

İisrayil sazaq əsir
Mənim balam, nəfəsini gey əyninə istilən
Bu da sonuncu
Kilim
Sonuncu palaz
Az-maz
Namaz
Qafqaz
Qapaz
Yenə televezorda
Siyasətçilər
Xəbərçilər
Atətçilər
Arsız
Abırsız
Həyasız
Mənasız
Anasız
Bacısız
Ağrısız
Acısız
Onsuz
Bunsuz
Sənsiz
Mənsiz
Yönsüz
Sözsüz
Yüz
Süz .

Çayçı

Bir çayçı rast gəldi meşə içində,
Deyəsən azmışdı duman köçündə.
Müştəri gəzirdi bizi tapdı o,
Sankı unutduğu sözü tapdı o.
Bir az səhmanladı ora – buranı,
Sildi stollardan qara – quranı.
Getdi dəmlədiyi çayı gətirsin,
Qəfil göyərçin dək uçdu həvəsim.
Qondu birdən- birə dodaqlarına,
Yıxılıb döşəndım ayaqlarına.
Samovar tüstüsü tutdu aranı,
Bilmədim çay hanı, çay verən hanı?
Bir ah diyərləndi düşdü sinəmdən,
Gördüm başım üstə o çayçını mən.
Aydın eşidirdi sözlərimi o,
Əliylə tutmuşdi gözlərini o.

Səni öpdüyümü bilir o çayçı,
Yumub gözlərini gülür o çayçı.
Səni sevdiyimi bilən də odu,
Bizə sevinən də, gülən də odu.
Gedək özümüzü ona göstərək,
Deyək ki, biz “o”yuq, danışaq, gülək.
Yenə unutduğu sözü tapsın o,
Çoxdan axtardığı bizi tapsın o.
Bir də mürəbbəli çay içək, gələk,
Bir bulaq adlayaq ,çay keçək, gələk.
Tez ol indi gedək İsmayıllıya…
Tez ol.

Natəvan klubu axşam üstü

Axşamüstü Poeziya klubuna baxın siz,
Sınmış aparıcının yellənən naqil səsi.
Bir az öncə burada alovlanan alqışlar
Yanıb qurtarıb indi gərəksiz kağiz kimi…

Divarları soyudub adamların nəfəsi,
Dolurdu ciyərimə yavaş-yavaş nəmişlik.
Dolanırdı dost kimi əllər, səslər havada
Aşağı endilərmi, düşməndi həmişəlik.

Mərhumu tərifləyib çıxmışdılar aradan,
Girmişdi içəriyə qaranlıq bulud kimi.
Çiyin-ciyinə durub qədim qoca divarlar
Qaldırıblar klubu səsin tabutu kimi.

Əlli nəfər danışıb… siyahıya bax indi,
Düşüb qalıb siyahı döşəmənin üstündə.
Bir az sonra klubu süpürən qoca qadın
Dərin xəyala dalıb siyahının önundə
Bir əli süpürgədə, bir əli də üzündə.

Qəşəm Nəcəfzadə adlı şəxsin şəkli.

Sənə qış paltarı alıram indi

Heç fikir eləmə qurvanın olum
Adam başqasını gedib sevər də…
Adam sevdiyini ata bilər də…
Təzə iş deyil ki, başıma gələn,
Başına dönüm.

Adam sevilər də, unudular da,
Gedib başqasına uymaq da olar,
Bir gün yada düşər atıb getdiyin
Sonra peşman olub qayıtmaq olar,
Adam bağışlar da, bağışlamaz da…

Heç yüz il keçməmiş atıb getdiyin,
Yerindən durunca uçub gələrsən.
Üstünü çırpınca baxıb gülərsən,
Gözünü açınca çıxıb gedərsən.

Heç fikir eləmə qurvannın olum,
Adam aldanar da, peşman olar da…
Sənə yalvarıram özünü üzmə
Ürək yerə düşüb qəfil sınar da,
Nə olsun,
Ürək sınmayanda bəs nə sınacaq?

Yerimdən durunca,
Üstümü çırpınca,
Gözümü açınca
Sən çıxıb getdin,
Nə olsun,
Adam sevdiyini atıb gedər də…

Mənə bircə kəlmə yaz,
Evin istimi?

Məni o yandırır, o yandırır ki,
Sənə qış paltarı alıram indi.
Nə olsun,
Adam soyuyar da, adam yanar da…

Amerika

Nereden nereye geldin
Nereden çıktın Amerika dayı.
Belki petrol keselim* seninle, oturalım
Birazcık kafa çekelim petrolle.

Rusya abiden iyi dayısın
Arada mitingimizi kendin yapıyorsun,
sağol.
Irak’tan geldin
Üstün başın toz toprak,
otur elinden kurşunu temizleyelim
otur eteğinden mermiyi dökelim.
Irak parça parça aklındadır
Gel seni Irak’tan temizleyelim.
Sen iyi dayısın, Amerika dayı.

İsrail’i kırbaç gibi sallama
Bir ucu dönüp gözüne değer.
Biliyor musun, sana kurban olayım
Kırbacının sesine Doğu uyanır.
Sen iyi dayısın, Amerika dayı.

Topunun lülesinden öpelim
merminin tadına bakalım.
Tankının ağırlığını tartalım,
uçağını semamızda oturtalım.

Birleşmiş Milletleri’ne kurban olalım
AGİT’ine kuzu keselim.
Seninle Tebriz keselim,
Tebriz’i dizinin üste olanın
Gözünden Vaşington gelir.

Bir tek eksiğin var, Amerika dayı
Adın bayatıya uymuyor,
Bayatı bilir misin nedir?
Amerika dayı,
Bayatı duydun mu hiç?

Share: