Brilyant Dadaşovadan Xoşqədəm Hidayətqızına sərt sözlər

Xalq artisti Brilyant Dadaşova 21 noyabr 2019-cu ildə itkin düşən və 5 yanvarda yandırılmış meyiti tapılan Tovuz rayonunun Dondar Quşçu kəndinin sakini, 10 yaşlı Nərmin Quliyevanın ölümündə Xoşqədəm Hidayətqızını ittiham edib.

Müstəqil.Az Kult.az -a istinad edərək xəbər verir ki, xalq artisti bu barədə İnstaqram qeyd edib. O, ad çəkməsə də, sözlərin “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına ünvanlandığı açıq-aydın hiss olunur:

“Əziz dostlar, gözəl bilirəm ki, onsuz da ayağımın altını qazımaq üçün fürsət axtaranların sayı artacaq. Psixologiyanı bilməyən, incə ələyib, sıx toxumaqdan bixəbər olanlar, yüz ölçüb bir biçə bilməyən insanlar ictimai proqram aparmamalıdır. Bir körpənin həyatıyla oynanıldı. Susaq deyirəm, uşağın ağlamaq səsi qulağıma gəlir. Kaş o proqramda hədə-qorxu gəlmək əvəzinə deyərdiniz ki, gəl sənə muştuluq-hədiyyə verəcəyik – psixoloji cəhətdən anormal insanı tovlayıb ortaya çıxarmaq daha asan olardı. Amma harda…”

Müstəqil.Az

Share: