Süleymanini çıxarıb söndürdülər – Şok detallar

ABŞ-ın “Foks Nyus” kanalı SEPAH-ın Qüds briqadasının komandiri general Qasım Süleymaninin konvoyunu gizlicə təqib edən ABŞ xüsusi təyinatlı qüvvələrindən sui-qəsdlə bağlı maraqlı fakt və görüntülər əldə edib.

Müstəqil.Az xəbər verir ki, kanal ABŞ hərbçilərinin yanvarın 3-də Süleymaninin ölüm anını gizlicə çəkdiklərini bildirib.

Məlumata görə, ABŞ hərbçiləri hücumdan dərhal sonra Süleymanini yanan avtomomildən çıxarıblar:

“Kimliyini təsdiq etmək üçün Süleymanini avtamobildən çıxarıb söndürdülər”.

Kanal Süleymaninin bədənində qorxunc yara izləri olduğunu, hətta bədəninin bəzi orqanlarının qopduğunu bildirib.

Öldüyü zaman Süleymaninin üzərində tapança, mobil telefon, avtomat və bir şeir kitabı da olub.

Müstəqil.Az

Share: