Evakuator xidməti avtomobili yol hərəkəti qaydasını  kobudcasına pozdu

Gənc şair, Prezident təqaüdçüsü Tural Balabəylinin avtomobili ciddi xəsarət aldı

Bugün, günorta saatlarında Xətai royonu Sarayevo küçəsində yol hərəkəti qaydasının kobudcasına pozulmsı halı qeydə alınıb.

188 nömrəli evakuator xidməti ilə məşğul olan 90 VL 630 nömrəli maşını düzgün olmayan dönmə əməliyyatı keçirdiyi zaman  gənc şair, AYB-nin üzvü, Prezident təqaüdçüsü, Müstəqil.Az saytının redaktoru  Tural Balabəylinin (Səfərli Tural Faiq oğlu) idarə etdiyi 90 ZR 874 dövlət nömrə nişanlı “Hunday Aksent” markalı avtomobil ciddi xəsarət alıb.

Evakuator xidməti avtomobilinin sürücüsü gənc şairə qarşı kobudluq edib və Yol Patrul Xidmətinin əməkdaşlarını gözləmədən hadisə yerini tərk edib.

Xətai rayon Polis idarəsinin Dövlət Yol Polis idarəsinin əməliyyatşısı, polis kapitanı Polad Xəlilov T. Balabəylinin müraciətindən sonra hadisə yerində olub və yaxınlıqdakı kameralardan görüntüləri əldə edib.

Polis kapitanı dəflərlə 188 nömrəli evakuator xidmətinə telefon açsa da Tamella adında dispetçer xanım, bu haqda rəhbərliyə müraciət edəcəklərini, indilərdə isə onları narahat etməməyi məsləhət görüb.

Tural Balabəylinin atası, tanınmış şair, Müstəqil.Az saytının baş redaktoru Faiq Balabəyli hadisə ilə bağlı bizə verdiyi məlumatda onu da əlavə edib ki, digər özünü təqdim etməyən dispetçer xidməti ilə məşğul olan xanımla əlaqə saxladıq.  Xanım bildirib ki, bu şirkətin kimə məxsus olduğunu bilməməyinizə görə təəssüf edirik, yaxşı olar ki, özünüzü zibilə salmayın. Bu bir hadisədir, olub, olub.

188 nömrəli evakuator xidmətinin disprtçer xidmətinə xatırlatmaq istəyirik ki, Azərbaycan Respublikasının qanunlarına hörmət etmək bu ölkənin bütün vətəndaşlarının borcudur. İnanırıq ki, Dövlət Yol Polisi yetkililərinin işə müdaxiləsindən sonra haqq-ədalət yerini tapacaq.

Müstəqil.Az

Share: