İstanbulda ticarət mərkəzinin tavanı çökdü, yaralılar var – Fotolar

İstanbulun Zincirlikuyu məhəlləsində ticarət mərkəzinin asma tavanı çöküb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə tavanın altındakı kafedə əyləşən müştərilər yaralanıb. İlkin məlumata görə, 6 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım maşınları göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Hadisə yerində araşdırma aparılır.



Share: