İran zərbə endirdi: ABŞ təyyarəsi məhv edildi, 80 ölü – Video

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı bazasına raket zərbələri endirib.

Müstəqil.Az xəbər verir ki, bu barədə “Əl-Mayadin”t kanalı məlumat yayıb. SEPAH-ın endirdiyi raket zərbələri nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın Eyn-əl-Əsəd bazasında uçuş-enmə zolağında məhv edilib.

“Tasnim” agentliyi isə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun İraqdakı hərbi bazaya azı 35 zərbə endirdiyini yazıb.

***

İranın İslam İnqilabı Keşikçilər Korpusu SEPAH-ın İraqın Eyn-əl-Əsəd bazasına hücumunda azı 80 amerikalı hərbçi həlak olub.

Bu barədə Press TV məlumat yayıb.

200 nəfərin isə yaralandığı bildirilir.

Müstəqil.Az

     

    Share: