Dünyanı dəvə ilə gəzən turist Azərbaycandan keçdi – VİDEO

Dəvə ilə səyahətə çıxan iranlı turist Azərbaycandan keçib.

Müstəqil.Az Oxu.Az-a istinadla xəbər verir ki, əslən İranın Bəndər-Abbas şəhərindən olan Məhəmməd Əmiri Rudan səkkiz ay əvvəl dünya ölkələrini səyahətə çıxıb.

Turist qət etdiyi yolları velosipedlə deyil, yaşadığı Bəndər Abbas şəhərində az sayda qorunub saxlanılan nadir dəvələri ilə çıxıb. Dəvələrin tibbi və ölkələrə keçidlə bağlı icazə sənədləri də var.

Hazırda Biləsuvarda olan Məhəmməd Əmiri Rudan ölkəmizə daxil olduğu gündən onu səmimiyyətlə qarşılayıb, xidmətində dayanan insanlara heyranlığını gizlətmir. O, “Mən qayıdarkən də Azərbaycandan keçmək istəyərəm”, – deyə bildirib.

Məhəmməd Əmiri Rudan Avropadan başqa Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də qarış-qarış gəzmək fikrindədir.

 

Share: