Süleymaninin ölüm qərarı necə verilib: Əsas sifarişçi kimdir? – “Vaşinqton Post“ yazdı

İran generalı Qasım Süleymaninin öldürülməsinin əsas tərəfdarı Dövlət katibi Mayk Pompeodur. O, bir neçə aydan bəri davamlı olarq prezident Donald Trampı buna inandırmağa çalışıb.
Müstəqil.Az Qaynarinfoya istinad edərəkxəbər verir ki, bu barədə 6 yanvar bazar ertəsi günü “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Yaxın Şərqə xeyli hərbi qüvvənin köçürülməsini tələb etdiyini əsas gətirərək Ağ Evin rəhbəri və Pentaqon uzun müddət bu əməliyyatdan imtina edib.
Qeyd olunur ki, dekabrın 27-də İraqın Kərkük şəhəri yaxınlığında ABŞ hərbi bazasına raket hücumu zamanı bir amerikalı həlak olandan, daha bir neçə nəfər yaralanandan sonra onların məsələyə münasibəti dəyişib. İki gündən sonra isə Pompeo Birləşmiş Ştatların Müdafiə naziri Mark Esper və Baş qərargah rəisi Mark Milli ilə birlikdə bir neçə variantda raket zərbəsi təklif etmək üçün Trampın yanına gedib. Qəzet Süleymaninin vurulması qərarına Pompeo və Esperin bu məsələdəki birgə işinin təsir etdiyini vurğulayır.
Nəşr qeyd edir ki, İran generalının öldürülməsindən dərhal sonra ABŞ dövlət katibi Avropa ölkələrinin dəstəyini almağa çalışıb. “The Washington Post”dakı bir mənbə Pompeonun Süleymaninin öldürülməsi və İran əleyhinə mövqeyindən İsrail lobbisinin dəstəyini almaq üçün istifadə edə biləcəyini əlavə edib.
Alpər
Share: