Zərif açıqladı: Süleymani ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü…

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya səfər etməzdən öncə Qasım Süleymani ilə məsləhətləşdiyini söyləyib.

Müstəqil.Az  xəbər verir ki, o, bunu İran televiziyasına açıqlamasında bildirib.

“Şəhid Süleymani ilə Rusiyanın diplomatik əlaqələri kifayət dərəcədə effektli idi. Bizim sıx əməkdaşlığımız var idi, Moskvaya hər bir səfər öncəsi onunla məsləhətləşirdim.

Süleymani ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü Rusiyanın Suriyadakı əməliyyatlarda iştirakı baxımından əlamətdar idi”, – deyə Zərif bildirib.

O, Rusiyanın Suriyadakı terrora qarşı əməliyyatlarda iştirak etməsində Süleymaninin əvəzsiz rolunu xüsusi vurğulayıb.

Vüsal Cəfərov

Share:

Author: admin