Trampdan Süleymaninin ölümünə – İlk reaksiya

ABŞ Prezidenti Donald Tramp Tvitterdə İranla bağlı paylaşım edib.

Müstəqil.Az xəbər verirki, Tramp İranın heç vaxt müharibədə qələbə qazanmadığını bildirib.

“İran heç vaxt müharibədə qələbə qazanmayıb, lakin müzakirədə də məğlub olmayıb”, – deyə Tramp yazıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı general Qasım Süleymani Bağdadın hava limanına raket zərbələri endirilməsi nəticəsində həlak olub. Pentaqon Süleymaninin Trampın təlimatı ilə öldürüldüyünü təsdiqləyib.

Turanə Məmmədli

Share:

Author: admin