GÖYDƏ QUŞLARA DA NƏMƏR VERƏRƏM…

Bu gün tanınmış şair Vasif Süleymanın doğum günüdür. İki 5 yan-yana qoyub.

Müstəqil.Az olaraq şairə uzun ömür, cansağlığı , yaradıcılıq uğurları arzulayırıq. Onun haqqında çox yazmaq, çox danışmaq olar, necə ki yazılıb, danışılb, yazılır və danışılır.

O, şair kimi çoxlarından fərqlənir. Həm yaradıcılığı, həm də layiq olan ədəbi məhsulları yaddaşında saxlayıb digərlərinə sevdirmək bacarığı ilə.

Onun şeirləri də safdır, durudur, eynən özü kimi, içi safddır, qara fikirlər ondan uzaqdır.

O, dost kimi də çoxlarına nümunədir. Az qala 40 il olacaq dostluğumuz buna sübutdur.
O, ailə başçısı kimi də, ata kimi də daima adı rəğbətlə çağrılacaq, ünvanına xoş sözlər deyiləcək birisidir.

Ata kimi onu qızı Gültac Süleymanlıdan yaxşı heç kəs xarakterizə edə bilməz.
Gültacın atasına təbrikini olduğu kimi yayınlayırıq:

Deyirlər, “Ata çinar kimidir. Meyvəsi olmasa da, kölgəsi yetər”!
Ata nə qədər sağlamdırsa, qızı o qədər güclü olar. Ata nə qədər gülərsə, qızı o qədər həyat saçar. Ata nə qədər sağdırsa, qızı o qədər yaşar. ?
Bir qız üçün ayrı ata evi yoxdur, çünki Ata özü bir evdir! Mənim Evim, Doğum günün mübarək! 
Şair Vasif Süleymana olan sevgim bir başqa sevgidir. Atamın adını hörmətlə anan hər kəsə sevgimiz sonsuzdur. Özü demiş:
– Göydə quşlara da nəmər verərəm,
Adını gətirən xəbər boyunca…

Müstəqil.Az

Share: