“Uzaqdan bir şeir” layihəsində RAFİQ YUSİFOĞLU

MAVİ DÜNYA

Ay insafsızlar,
niyə pozdunuz
bu gözəl dünyanın
ritmini, ahəngini?
Yer üzünün
ən anormal adamlarına
necə yaraşdırdınız
Dünyanın ən gözəl
rəngini?
Indi mavi rəngə
gözümüzün ucuyla baxırıq,
Indi mavi sözündən
ilan ulduzdan
qorxan kimi qorxuruq.
Masmavi sevgi dünyamızı
əlimizdən aldınız,
Sevdiyimiz bir rəng var idi,
onu da gözümüzdən saldınız…


Layihənin Kamalə ABİYEVA təqdim edir

Share: